Xəbərlər

“İnter” “Zirə”yə, “Sumqayıt” AZAL-a qarşı - YENİLƏNİR

 

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.

 

“Zirə” “İnter”i, AZAL “Sumqayıt”ı qəbul edəcək.

 

Turnir cədvəlində qonşu pillələrdə qərarlaşan “Zirə” ilə “İnter”in dueli az maraq kəsb etmir. “İnter” 3-cü yerdə möhkəmləndiyi halda, “Zirə” 4-cü pillədə rəqiblərin nəfəsini hiss edir. Bu mənada, Ayxan Abbasovun komandasına qələbə daha çox lazımdı. Maraqlıdı ki, bu komandaların cari mövsümdə keçirdiyi hər 3 qarşılaşmada heç-heçə qeydə alınıb. Özü də bütün görüşlər 1:1 hesabı ilə nəticələnib. Bu dəfə də eyni ssenarinin davam edib-etməyəcəyi maraq doğurur.

 

Sonuncu pillədəki mövqeyi rəsmiləşən AZAL isə “Sumqayıt”ı qəbul edəcək. “Təyyarəçilər”dən fərqli olaraq, “gənclik şəhəri” təmsilçisi Avropa Liqasına vəsiqə qazanmağa iddialıdı. Təsadüfi deyil ki, “Sumqayıt” 4-cü pillədə qərarlaşan “Zirə”dən cəmi 3 xal geri qalır. Bu mənada, Samir Abasovun yetirmələrini yalnız qələbə qane edəcək.

 

Azərbaycan Premyer Liqası

XXV tur

10 aprel (bazar ertəsi)


15:00. “Zirə” – “İnter”

İlk 3 dövrədəki oyunlar: 1:1, 1:1, 1:1
Hakimlər: Ramil Diniyev, Akif Əmirəli, Azər Əsgərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
Zirə İdman Kompleksinin stadionu


17:30. AZAL – “Sumqayıt”

İlk 3 dövrədəki oyunlar: 1:1, 1:1, 0:1
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüqar Bayramov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Füzuli Nəcəfov
“AZAL Arena”

 

 

1

Qarabağ

25

16

5

4

39-12

53

2

Qəbələ

25

13

10

2

43-14

49

3

İnter

24

11

9

4

35-24

42

4

Zirə

24

8

7

9

21-24

31

5

Sumqayıt

24

7

7

10

22-30

28

6

Kəpəz

25

6

9

10

19-26

27

7

Neftçi

25

8

2

15

19-40

26

8

 AZAL

24

1

7

16

11-39

10

 

Bombardir: Filip Ozobiç (“Qəbələ”) - 11